Son yenilənmə: 16.09.2026
İstifadəçi tərəfindən sayta əlavə edilən elanlar dərhal yayımlanmır. Bütün elanlar göndərildikdən sonra 24 saat ərzində moderator tərəfindən yoxlanılır. Elan saytın qaydalarına tam uyğun olduqda təsdiqlənərək saytda dərc edilir (ictimai nümayişə açılır).
Saytda dərc edilən elanlar təsdiqləndiyi tarixdən etibarən istifadəçinin seçdiyi paketin müddətinə uyğun olaraq aktiv qalır. Bu müddət ərzində istifadəçi şəxsi kabinetinə daxil olaraq özünə məxsus elanı redaktə edə, nümayişini dayandıra (deaktiv edə) və ya saytdan tamamilə silə bilər.
Elanların saytdakı axtarış nəticələrində, ümumi siyahıda və ya xüsusi bölmələrdə sıralanma qaydasına nəzarəti sayt rəhbərliyi öz mütləq hüququnda saxlayır.
Sayta əmlak (almaq, satmaq, aylıq və ya günlük icarə) elanı yerləşdirən istifadəçi həmin elana aid bütün məlumatların (qiymət, ünvan, şəkillər, sənədlərin vəziyyəti və əlaqə nömrəsi) doğruluğuna tam zəmanət verir. Elandakı məlumatların həqiqiliyinə və tərəflər (alıcı, satıcı, icarədar, icarəçi) arasında yarana biləcək hər hansı anlaşılmazlığa görə sayt heç bir məsuliyyət daşımır. Sayt sadəcə məlumat vasitəçisi rolunu oynayır.
Eyni əmlakın fərqli və ya eyni istifadəçi tərəfindən bir neçə dəfə sayta yerləşdirilməsi qadağandır. Bu cür təkrar elanlar spam kimi qiymətləndirilərək moderator tərəfindən silinəcək.
Elana əlavə edilən şəkillər real olmalı və bilavasitə həmin əmlaka aid olmalıdır. Üzərində digər saytların, şirkətlərin loqotipi (watermark) olan və ya keyfiyyəti çox aşağı olan şəkillərlə göndərilən elanlar təsdiqlənməyəcək.
Elan yerləşdirən şəxs əmlakın sahibi (mülkiyyətçi) yoxsa vasitəçi (makler/əmlak agentliyi) olduğunu elanda dəqiq qeyd etməlidir. Yanlış məlumat verən istifadəçilərin hesabları bloklana bilər.